Bu gün daha üç cüdoçumuz Qran Pri turnirində mübarizə aparacaq

Bu gün daha üç cüdoçumuz Qran Pri turnirində mübarizə aparacaq

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə Qran Pri turniri davam edir. İkinci yarış günündə 2 çəki dərəcəsində 3 cüdoçumuz tatami üzərinə çıxacaq. Medallar uğrunda yarışda kişilər arasında 73 kq çəkidə Nurlan Osmanov və Rəşid Məmmədəliyev, -81 kq çəkidə isə Səid Mollayi qüvvəsini sınayacaq.

Turnir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.