Avropa Stolüstü Tennis Birliyinin (ETTU) prezidenti Bakıda səfərdə olub

Avropa Stolüstü Tennis Birliyinin (ETTU) prezidenti Bakıda səfərdə olub

Avropa Stolüstü Tennis Birliyinin (ETTU) prezidenti Ronald Kramer noyabrın 19-da Bakıda səfərdə olub. Qonaq Azərbaycan Respublikası Baş nazirinin müavini, Stolüstü Tennis Federasiyasının prezidenti İsmət Abasovla, gənclər və idman naziri Azad Rəhimovla görüşüb.
Görüşdə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına daxil olan stolüstü tennis yarışlarının təşkilinin hazırlığı ilə bağlı məsələlər ətrafında söhbət aparılıb. Fikir mübadiləsi zamanı bu idman növünün keçiriləcəyi idman obyektinin qarşıdan gələn tədbirə hazırlığı ilə yanaşı, yarışların təşkili məsələləri də müzakirə olunub.
Qeyd etmək lazımdır ki, Ronald Kramer Beynəlxalq Stolüstü Tennis Birliyinin (ETTU) yeni prezidentidir (2013-cü ilin oktyabr ayında seçilib) və bu, Azərbaycana ilk dəfə səfər edir.