İkinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı münsiflər heyətinin iclası keçirilib
Olimpizm xəbərləri
15.02.2024, 14:09
Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi ikinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı münsiflər heyətinin iclası keçirilib. Festivalın informasiya tərəfdaşlarından biri olan “Olimpiya dünyası” qəzetinin redaksiyasında keçirilən iclasda Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu, Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, festivalın münsiflər heyətinin sədri Zemfira Meftaxetdinova, festivalın baş prodüseri Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov, festivalın münsiflər heyətinin üzvləri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Kino Məktəbinin müdiri, rejissor, prodüser Oleq Səfərəliyev, “Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov iştirak edib.
İclasda festivalın münsiflər heyətinin sədri Zemfira Meftaxetdinova münsiflər heyətinin qiymətləndirməsi üçün daxil olan layihələrin sayını açıqlayıb. O, qeyd edib ki, festivala 54 layihə təqdim olunub. Layihələr 5 nominasiya üzrə bölünüb. Onlardan 8-i “Həyat naminə - İdman”, 9-u “Zərif qəhrəman”, 13-ü “Güclü, iradəli”, 12-si “Gələcək qaliblər”, 12-si isə “Reklam və promo çarxlar” nominasiyaları üzrədir.
İclas zamanı münsiflər heyəti səsverməsinin keçirilmə qaydasını da müzakirə edib. Qərara alınıb ki, fevralın 16-da münsiflər heyəti hər nominasiya üzrə 3 namizəd seçəcək və qaliblər də həmin namizədlər arasından müəyyənləşəcək. Zemfira Meftaxetdinova həmçinin qeyd edib ki, “Zərif qəhrəman” nominasiyasının yeni olmasına baxmayaraq, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalın münsiflər heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov “Gələcək qaliblər” nominasiyasına uşaq və yeniyetmə idmançılara həsr olunmuş 12 layihənin təqdim olunmasını müsbət hal kimi dəyərləndirib. “Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov isə Milli Olimpiya Komitəsinin təsis etdiyi festivala yaradıcı kollektivlərin və fərdi müəlliflərin böyük marağı olduğunu mühüm amil kimi qiymətləndirib. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev bildirib ki, festivala təqdim olunan film və proqramların keyfiyyətinə xüsusi diqqət yetirilib və peşəkar yanaşma hiss olunur. İclasda xüsusi vurğulanıb ki, festivalın mükafatlandırma mərasimi Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kino Agentliyinin təşkilatı dəstəyi ilə həyata keçiriləcək. İclas iştirakçıları Milli Olimpiya Komitəsinin rəhbərliyinə, festivalın tərəfdaşı olan “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərova, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayevə, Azərbaycan Kino Agentliyinin rəhbəri Orxan Fikrətoğluna və festivalın informasiya tərəfdaşlarına minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının tərəfdaşları "Cüdo Klub 2012” İctimai Birliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kino Agentliyidir, informasiya tərəfdaşları isə "AZTV”, ”MİR”, "İdman TV”, CBC Sport, ARB, İTV və Space televiziya kanalları, "Olimpiya dünyası” qəzeti, “olympic.az”, “olimpnews.az” “Trend”, “milli.az”, “day.az”, "azernews.az”, "idmanvəbiz”, "turkicworld” portalları və "Sportsman” jurnalıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK