Daha bir qadın güləşçimiz Buxarestdə çempion oldu 

Daha bir qadın güləşçimiz Buxarestdə çempion oldu 

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Yarışda iştirak edən qadın güləşi üzrə komandamız növbəti qızıl medalını qazanib. 59 kq çəki dərəcəsi üzrə keçirilən yarışda komandamızın üzvü Alyona Kolesnik finalda ukraynalı Alina Filipoviçə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan öncə çıxış etmiş millinin digər üzvü Mariya Stadnik də (50 kq) qızıl mükafatın sahibi olub.