Avropa Liqası: "Qarabağ" on nəfərlə tarix yazaraq 1/8 finala vəsiqə qazandı
Olimpizm xəbərləri
23.02.2024, 00:38
Azərbaycanın “Qarabağ” klubu tarixində ilk dəfə olaraq Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun komandası pley-offda Portuqaliyanın “Braqa” klubunu iki oyunun nəticəsinə görə üstələyərək mərhələ adlamağı bacarıb. Bir həftə əvvəl Portuqaliyada güclü rəqibinə 4:2 hesablı qələbə qazanan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb. Matçın 57-ci dəqiqəsində “Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bu say üstünlüyündən isə qonaqlar maksimum dərəcədə yararlanıb. Portuqaliya təmsilçisi əvvəlcə matçın 70-ci dəqiqəsində Roje Fernandesin qolu ilə hesabı açıb. Oyunun 83-cü dəqiqədəsində "Braqa"nın futbolçusu Alvaro Calo fərqlənərək komandasını ümidləndirib -0:2. Matçın əsas vaxtı bu hesabla başa çatıb. Ümumi hesab 4:4 olduğuna görə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. İlk əlavə olunan 15 dəqiqədə "Qarabağ" komandası qol vuraraq stadiona toplaşan azarkeşləri ayağa qaldırıb. 102-ci dəqiqədə Mateus Silva fərqlənib. Lakin 115-ci dəqiqədə Simon Banza komandamızın qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirməklə "Braqa" üçün yenidən şans yaradıb. Buraxılan qola baxmayaraq, "Qarabağ" komandası meydanda sona qədər döyüşərək 120+2 dəqiqədədə oyunun müqəddəratını həll edən qolu vurub. Portuqaliyada oyunun son dəqiqələrində təkbətək şansı qaçıran Nəriman Axundzadə Bakıdakı oyunda dəqiq zərbə ilə həm günahını yudu, həm də "Qarabağ"ı növbəti mərhələyə çıxardı. Bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə gərgin mübarizə şəraitində keçən oyununun yekununda komandamız rəqibinə 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gələrək 1/8 finala yüksəldi. Bu möhtəşəm zəfərlə “Qarabağ” həm də Azərbaycan futbolu tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK