Kamerunlu döyüşçü rəqibini gözləyir

Kamerunlu döyüşçü rəqibini gözləyir

Kamerunlu Frensis Nqannou növbəti döyüşünü Rayan Beyder və Renan Ferreyra cütlüyünün qalibi ilə keçirəcək. Bu barədə Liqanın sosial şəbəkələrdəki rəsmi hesabı məlumat yayıb.
Xatırladaq ki, Nqannou ikinci boks döyüşünü martın 8-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirəcək. Onun rəqibi keçmiş ağır çəkidə dünya çempionu Entoni Coşua olacaq. Amerikalı ağır çəkili Bellator çempionu Rayan Beyderin 34 qələbəsi və yeddi məğlubiyyəti var. O, sonuncu dəfə 2023-cü il fevralın 4-də baş tutan “Bellator-290”da Feyodor Emelianenko ilə döyüşüb. Onların döyüşü ilk raundda Baderin nokautu ilə başa çatıb.
Renan Ferreyra 4 məğlubiyyətlə 10 qələbə qazanıb. Braziliyalı döyüşçü sonuncu dəfə 2023-cü il noyabrın 24-də PFL ağır çəkidə Qran Pri finalında çıxış edib. Onun rəqibi Renanın ilk raundda nokaut etdiyi rusiyalı döyüşçü Denis Qoltsov olub.