Futbolçu UFC çempionundan «revanş istəyir»

Futbolçu UFC çempionundan «revanş istəyir»

Madrid «Real»ının sağ cinah müdafiəçisi Lukas Vaskes X sosial şəbəkəsində gözləri qara olan fotosunu yerləşdirib. Zarafat xarakteri daşyıyan bu foton ilə o, yüngül çəkidə yeni UFC çempionu İlia Topuriyadan revanş görüşünü tələb edib. Vaskes gürcü əsilli ispan döyüşçünün hesabını işarələyərək, "Mən revanş istəyirəm", - sözlərini yazıb.

Məlumat üçün bildirək ki, Topuriya fevralın 17-dən 18-nə keçən gecə Aleks Volkanovski ilə döyüşdə qalib gələrək, UFC çempionu olub. Görüş cəmi ikinci raundla başa çatıb.