MOK və AVF arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb
Olimpizm xəbərləri
29.02.2024, 13:00
Fevralın 29-da Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyası arasında birgə əməkdaşlığa dair niyyət protokolunun imzalama mərasimi keçirilib.
MOK-un inzibati binasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, komitənin və federasiyanın nümayəndələri iştirak ediblər.
Mərasimi MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov açaraq MOK-la Azərbaycan Voleybol Federasiyası arasında qarşılıqlı əlaqələrdən və bu günə qədər həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra birgə layihələrin icrasına dair video çarx nümayiş olunub.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Voleybol Federasiyasının son illərdə həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu bildirib. Çingiz Hüseynzadə həmçinin MOK-un əvvəlki illərdə Azərbaycan Voleybol Federasiyası ilə əməkdaşlığından da danışıb.
AVF-nin prezidenti Şahin Bağırov birgə əməkdaşlıqdan məmnun olduğunu bildirib. Federasiya rəsmisi MOK-la bu əməkdaşlığın ölkəmizdə voleybolun inkişafına daha da təkan verəcəyinə inandığını qeyd edib.
Sonra MOK-un Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov "Kompleks İnkişaf Modeli” haqda təqdimatla çıxış edib.
Tədbirin sonunda Milli Olimpiya Komitəsi ilə Azərbaycan Voleybol Federasiyası arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin prezidenti Şahin Bağırov imzalayıb.
Müqaviləyə əsasən tərəflər voleybol idman növünün Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Voleybol Federasiyasının (BVF) mövcud qaydaları və tövsiyələrinə uyğun hərtərəfli və sistemli inkişafı üçün məşqçi hazırlığı, idmançıların yetişdirilməsi və ehtiyat heyətin hazırlanması, həmçinin digər sahələrdə əməkdaşlığa dair fəaliyyətlər və tədbirlər həyata keçirəcəklər.
Voleybol üzrə milli yaxud regional mərkəzin yaradılmasına dair strateji fəaliyyət planın hazırlanması, beynəlxalq səviyyəli məşqçi hazırlığı kurslarının təşkili, müvafiq idman növü üzrə gənc istedadların müəyyən olunması, yeniyetmə və gənclər, o cümlədən məktəblilər arasında voleybolun təbliği və təşviqi də müqavilədə öz əksini tapıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK