XI Respublika Spartakiadasında stolüstü tennis yarışları başa çatıb

XI Respublika Spartakiadasında stolüstü tennis yarışları başa çatıb


"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə təhsil müəssisələri arasında keçirilən XI Respublika Spartakiadası davam edir.
Bakı 2 saylı Baza Tibb Kollecində keçirilən stolüstü tennis (oğlan, qız) üzrə yarışda qaliblər müəyyənləşib.
Oğlanlar arasında keçirilən turnirdə 9 komanda qalib adı uğrunda mübarizə aparıb. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Bakı 2 saylı Baza Tibb Kolleci birinci yerə layiq görülüb. Bakı Biznes ve Kooperasiya Kolleci ikinci, Bakı Texniki Kolleci isə üçüncü yerlə kifayətləniblər.
Qızların mübarizəsində də 9 komanda qalib adı uğrunda yarışıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bakı Rabitə və Nəqliyyat Kollecinin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı 2 saylı Baza Tibb Kolleci və Bakı Dovlət Sosial Iqtisad Kolleci isə müvafiq olaraq ikinci, üçüncü yerləri tutublar.