Gimnastımız Polşada çempion oldu 

Gimnastımız Polşada çempion oldu 

Azərbaycan təmsilçisi Fərhad Vəliyev Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel beynəlxalq turnirində uğurlu çıxış edib.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə idmançımız yarışda qızıl medal qazanıb.

O, ikili mini batut üzrə bütün rəqiblərini qabaqlayıb.