Voleybol üzrə ölkə çempionatının əsasnaməsində dəyişikliyin səbəbi açıqlandı 

Voleybol üzrə ölkə çempionatının əsasnaməsində dəyişikliyin səbəbi açıqlandı 

Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatının əsasnaməsinə dəyişiklik edib. 

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, dəyişikliyə əsasən, kişi voleybolçuların Yüksək Liqasında oyunlar əvvəl nəzərdə tutulduğu kimi dörd deyil, altı dövrə davam edəcək. Daha sonra pley-off mərhələsi oynanılacaq. 

Bu dəyişikliyə səbəb “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırmasıdır. Digər komandalar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların altı dövrədə keçirilməsini qərara alıb.