Xəzər rayon məktəblilərinin XXVI Spartakiadasının qalibləri müəyyənləşdi

Xəzər rayon məktəblilərinin XXVI Spartakiadasının qalibləri müəyyənləşdi



Noyabrın 26-da 156 saylı tam orta məktəbin idman zalında stolüstü tennis üzrə Xəzər rayon məktəblilərinin XXVI Spartakiadasının rayon finalı keçirilib.
Rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədi ilə keçirilən yarışda 5 məktəbdən 25 idmançı öz qüvvəsini sınayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 136 saylı tam orta məktəbin komandası birinci yerə layiq görülüb.
156 saylı tam orta məktəbin kollektivi ikinci, 183 saylı tam orta məktəbin komandası isə üçüncü yeri tutublar.
Qaliblər Xəzər rayon Gənclər və İdman iarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.