““Dəmir Mayk”a nəsə olsa, dünya onun üstünə gələcək”

““Dəmir Mayk”a nəsə olsa, dünya onun üstünə gələcək”

Ağır və yüngül çəkidə keçmiş ikiqat UFC çempionu, amerikalı Daniel Kormier Mayk Tayson və bloger Ceyk Pol arasında döyüşün təşkilini mənfi qarşılayıb. “Maykın demək olar ki, 60 yaşı var. Bu adam məndən demək olar ki, 15 yaş böyükdür. “Dəmir Mayk”a nəsə olsa, dünya onun üstünə gələcək. Əgər Mayk onu nokaut etsə, bu, Polun karyerasının sonu ola bilər”, - deyə “Sport Bible” portalı Kormierdən sitat gətirib.

Xatırladaq ki, Mayk Tayson və Ceyk Pol arasında döyüş iyulun 20-də keçiriləcək.