Gimnastlarımız Almatıda altı medal qazandılar 

Gimnastlarımız Almatıda altı medal qazandılar 

İdman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisi Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə 6 medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Fərdi mübarizədə Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev bürünc medala yiyələniblər. Komanda yarışında isə Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadədən ibarət heyət birinci olub.

Beynəlxalq dərəcəli hakim Rahib Əliyev də yarışda ölkəmizi təmsil edib.