Stolüstü tennisçilərimiz İranda üçüncü oldular

Stolüstü tennisçilərimiz İranda üçüncü oldular

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində stolüstü tennis üzrə Beynəlxalq "Fəcr” turniri keçirilib. Yarışda İran, Belarus, Hindistan, Türkmənistan, Liviya, Livan, İordaniya və Macarıstanla yanaşı, Azərbaycan idmançıları da iştirak ediblər.
Stolüstü tennis üzrə yığma komandamız İran paytaxtında 10 (5 oğlan, 5 qız) idmançı ilə mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kadet qızlardan ibarət komandamız 10 komanda arasında III yeri tutub.