Azərbaycan Voleybol Federasiyasından yeni layihə

Azərbaycan Voleybol Federasiyasından yeni layihə

Azərbaycan Voleybol Federasiyası (AVF) məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verir.

AVF-in mətbuat xidmətindən verilən məlumata görə, federasiya bu dəfə “Aşağı yaş qrupu məşqçilərinin inkişaf” seminarını təşkil edir.

Davamlı olaraq keçiriləcək seminar ilk dəfə martın 28-də və 29-da Gəncə şəhərində təşkil olunacaq. Burada Bakıda və bölgələrdə fəaliyyət göstərən 40-a yaxın məşqçi-müəllim iştirak edəcək. Seminar nəzəri və praktik dərslərdən ibarət olacaq. Dərslər FİVB-nin məşqçi-instruktoru, “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək.

Qeyd edək ki, seminarda iştirak edəcək hər bir mütəxəssisə iştirakçı sertifikatı veriləcək. Bu seminarı başa vuracaq məşqçilər AVF-nin keçirəcəyi Level kateqoriyalı seminarlarda iştirak hüququ qazanacaqlar.