Voleybol üzrə "Aşağı yaş qrupu məşqçilərinin inkişafı" seminarı başa çatıb

Voleybol üzrə "Aşağı yaş qrupu məşqçilərinin inkişafı" seminarı başa çatıb

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunan “Aşağı yaş qrupu məşqçilərinin inkişafı” seminarı başa çatıb.
Azərbaycan Voleybol Fedeeeasiyasının mətbuat xidmətindən verilən məlumata görə, martın 28-də Gəncə şəhərində start götürən seminara bu gün yekun vurulub. İki gün davam edən seminarda 38 məşqçi-müəllim iştirak edib. İştirakçılar Bakıda və regional voleybol klublarında çalışan mütəxəssislər olublar. Nəzəri və praktik dərslərdən ibarət seminarı FIVB-nin məşqçi-instruktoru, “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma keçiblər. İştirakçılara son illər voleybol qaydalarına tətbiq edilən dəyişiklik, sistem və taktiki yeniliklər, həmçinin bu idman növünə yeni başlayan uşaqlarla düzgün işləmə metodları və s. haqqında ətraflı məlumat verilib. 
Gəncə OİK-də keçirilən praktik dərslərdə isə uşaqlarla fiziki və texniki məşqlər zamanı işləmə metodları göstərilib. 
Sonda bütün iştirakçılara AVF-nin keçirəcəyi Level kateqoriyalı seminarlarda  iştirak hüququ verən “İştirakçı Sertifikatı” təqdim olunub.