Bədii gimnastika üzrə millimiz beynəlxalq turnirin finalında

Bədii gimnastika üzrə millimiz beynəlxalq turnirin finalında

Fransanın Tiye şəhərində bədii gimnastika üzrə 35-ci beynəlxalq Qran-pri turniri keçirilir. 
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası turnirin final mərhələsinə vəsiqə qazanıb. 
Komandamız 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasında fərqlənib.
Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət millimiz həlledici mərhələdə iştirak edəcək.