Bu gün Yüksək Liqada növbəti oyunlar keçiriləcək 

Bu gün Yüksək Liqada növbəti oyunlar keçiriləcək 

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, lider “Azərreyl” bu mövsüm qələbə qazanmayan MOİK-i qəbul edəcək. Görüş “Murov Az Terminal”ın idman zalında təşkil olunacaq.

Digər matçda isə “Murov Az Terminal” və “Neftçi” komandaları üz-üzə gələcək. Komandalar arasında oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. 

Hər iki oyun saat 17:00-da başlayacaq.