Yeniyetmə cüdoçular ACF Kubokunda yarışıblar 

Yeniyetmə cüdoçular ACF Kubokunda yarışıblar 

U-18 yeniyetmə oğlanlar arasında ACF Kuboku keçirilib

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə 18 yaşa qədər yeniyetmə oğlanlar arasında Azərbaycan Cüdo Federasiyası Kuboku keçirilib. ACF-in mətbuat xidmətindən verilən məlumata görə, “Sərhədçi” İdman Mərkəzində keçirilən yarışda 55 müxtəlif klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 200-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparıb. Yeniyetmə cüdoçular yarışda 8 çəki dərəcəsində qüvvələrini sınayıblar. 

Yarışın keçirilməsində əsas məqsəd mayın 4-5-də Azərbaycanın ev sahibliyi edəcəyi cüdo üzrə yeniyetmələr arasında Göygöl Avropa Kubokuna seçim etmək və yeniyetmə cüdoçuların yarış təcrübəsinin artırmaqdır.