Əfsanəvi Məhəmməd Əlinin Co Freyzerə qarşı üçüncü döyüşündə geydiyi ağ boks şortu "Sothebys" hərrac evi tərəfindən 6 milyon dollara satılıb. Şortun üzərindəl Məhəmməd Əli avtoqrafı var. Bu barədə "Sunday World" portalı xəbər verib.
Xatırladaq ki, Məhəmməd Əli ilə Co Freyzer arasındakı döyüş boks tarixində ən mühüm hadisələrdən biri hesab olunur. Onların üçüncü döyüşü 1975-ci ildə Filippinin paytaxtı Manilada keçirilib. Həmin döyüş qeyri-rəsmi "Manilada triller" adını alıb. Döyüş 14-cü raunda qədər davam edib. Final raundundan əvvəl Co Freyzerin məşqçisi onun pis vəziyyətdə olması səbəbindən döyüşü dayandırıb.