Sərbəst güləşçimiz Əliabbas Rzazadə Paris-2024-ə lisenziya qazandı

Sərbəst güləşçimiz Əliabbas Rzazadə Paris-2024-ə lisenziya qazandı

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Yarışda iştirak edən sərbəst güləşçimiz Əliabbas Rzazadə 57 kq çəki dərəcəsində yarımfinal görüşünə çıxıb. Pəhləvanımız həlledici görüşdə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova qalib gəlib. Avropa çempionumuz rəqibinə 4:3 hesabı ilə qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib. 

Xatırladaq ki, idmançımız təsnifat mərhələsində italiyalı Simone Piroddu, 1/4 finalda isə türkiyəli Süleyman Atlını məğlub edib.