Daha bir sərbəst güləşçimiz Paris-2024-ə lisenziya qazandı

Daha bir sərbəst güləşçimiz Paris-2024-ə lisenziya qazandı

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurla çıxış edən sərbəst güləşçilərimiz Paris Olimpiadasına daha bir lisenziya qazanıb. Bu uğura 86 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov nail olub. 25 yaşlı pəhləvanımız həlledici görüşdə ukraynalı Vasili Mixaylova qalib gəlib -4:1.

Xatırladaq ki, Osman Nurmaqomedov təsnifat mərhələsində Domantas Pavluçenkoya (Litva), 1/8 finalda Samuel Şerrerə (İsveçrə), 1/4 finalda isə Maqomed Ramazanova (Bolqarıstan) qalib gəlib.

Bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) da Paris Olimpiadasına lisenziya qazanıb.