“Parlaq Ulduz” Uşaq Liqasının 2-ci mərhələsi keçirilib

“Parlaq Ulduz” Uşaq Liqasının 2-ci mərhələsi keçirilib

Üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının 2-ci mərhələsi keçirilib.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə "Sərhədçi" İdman Mərkəzində təşkil olunan turnirdə 13 komandanın tərkibində ümumilikdə 150-dən çox kiçikyaşlı uşaqlar mübarizə aparıb.

Yarışın keçirilməsində əsas məqsəd azyaşlı idmançılar arasında perspektivli üzgüçülərin üzə çıxarılması və onların məşqçilərin nəzarəti altında hazırlıq keçərək milli komandanın ehtiyat komandasına cəlb edilmələridir.

“Parlaq Ulduz” Uşaq Liqasının sonuncu - final mərhələsi may ayında Bakı Su İdman Sarayında təşkil olunacaq.