Cüdoçularımız Avropa Kubokunda birinci yeri tutdular

Cüdoçularımız Avropa Kubokunda birinci yeri tutdular

Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yarışı keçirilib.

34 ölkədən 690 (429 oğlan, 261 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Yarışda 15 idmançı ilə mübarizə aparan komandamız turniri 10 (4 qızıl, 3 gümüş, 3 bürünc) medalla başa vurub. Komandamız bu nəticə ilə medal əyarına görə ümumi hesabda və oğlanlar arasında isə birinci yeri tutub.

Yığmamızın heyətində qızıl medallara Bahadır Feyzullayev (-50 kq), Nihad Rəhimov (-60 kq), Kənan Sadıqov (-66 kq) və Əli Qazıməmmədov (-81 kq) sahib çıxıb.

Məhəmmədəli Hüsiyev (-50 kq), Özqan Quliyev (-60 kq) və Cəsur İbadlı (-73 kq) gümüş medala layiq görülüb. Komandamıza bürünc medalları isə Fərid Qarayev (-60 kq), Ümüd Qurbanov (-66 kq) və Mehdi Abbasov (-81 kq) qazandırıb.