Kiçik yaşlı yeniyetmə cüdoçular Bakı kəndləri birinciliyində yarışıblar

Kiçik yaşlı yeniyetmə cüdoçular Bakı kəndləri birinciliyində yarışıblar

Aprelin 13-14-də cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçirilib.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışa Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qüvvəsini sınayıb.

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda qalib gələn idmançılara Bakı Abadlıq Xidməti tərəfindən velosipedlər təqdim olunub və bütün medalçılara pul mükafatı verilib.

Qeyd edək ki, turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilib.

Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.