Bakıda keçiriləcək Dünya Kubokunun rəsmi posterini təqdim edilib

Bakıda keçiriləcək Dünya Kubokunun rəsmi posterini təqdim edilib

Azərbaycan Atıcılıq Federasiyası Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, ölkəmiz mayın 1-dən 12-dək 8-ci dəfə atıcılıq üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir. Biletləri yaxın günlərdə www.ticket.az saytından əldə etmək mümkün olacaq.