Millimiz Avropa çempionatına tam heyətlə hazırlaşır

Millimiz Avropa çempionatına tam heyətlə hazırlaşır

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında iştirak edir. 

Yığmamız qarşıdan gələn Avropa çempionatına tam heyətlə hazırlaşır.

Komandamızın üzvləri bu gün Azərbaycan Cüdo Federasiyasının təlim-məşq mərkəzində növbəti məşqə çıxıblar.

Qeyd edək ki, hazırlıq prosesi aprelin 19-una kimi davam edəcək.