"Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəldi

"Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəldi

Bu gün kişi voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Günün yeganə qarşılaşmasında “Murov Az Terminal” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:0 (27:25, 25:19, 25:18) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunlarına aprelin 17-də start veriləcək.