Kata üzrə ilk dəfə ölkə birinciliyi keçiriləcək

Kata üzrə ilk dəfə ölkə birinciliyi keçiriləcək

Mayın 1-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə cüdo idman növündə kata üzrə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış zamanı cüdoçular yalnız katanın “Nage no Kata” növündə fəndləri nüməyiş etdirəcəklər. Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində keçiriləcək yarışda katanı göstərəcək cütlüklər iki oğlan, iki qız və ya bir oğlan və bir qızdan ibarət olacaq.