Bu gün Qətərin paytaxtı Dohada stend atıcılığı üzrə Olimpiya Təsnifat Çempionatına start veriləcək.
Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər. Lisenziya yarışında səngər stendi (trap) komandasının üzvlərindən Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev mübarizə aparacaq. Olimpiya Təsnifat Çempionatına aprelin 29-da yekun vurulacaq.