Stolüstü tennis üzrə turnir keçirilib

Stolüstü tennis üzrə turnir keçirilib

Sumqayıtda «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı şəhərin bir sıra müəssisə, idarə və təşkilatlarını təmsil edən komandalar arasında stolüstü tennis üzrə şəhər turniri keçirilib.
Olimpiya sistemi üzrə keçirilən yarışlarda Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə İdarəsi, şəhər təhsil və səhiyyə şöbələri, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti, Müəllimlər İnstitutu, şəhər Polis İdarəsi, YAP Sumqayıt şəhər təşkilatı, Gömrük İdarəsi, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi, Sumqayıt futbol klubu və 2 saylı UGİM-in komandaları da daxil olmaqla 20 komanda iştiak ediblər. Qeyd edək ki, "Azərikimya” İB turnirdə 5 komanda ilə təmsil olunub.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə İdarəsinin komandası birinci yerə layiq görülüb.
«Azərikimya» İB-in "Kimyalayihə” İnstitutu və şəhər təhsil şöbəsinin komandaları isə müvafiq olaraq II, III yerləri tutublar. Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.