Bu gün daha üç cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır 

Bu gün daha üç cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır 

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının fərdi yarışları sona yaxınlaşır. Yarışların sonuncu günündə Azərbaycan komandasının daha 3 cüdoçusu tatami üzərinə çıxacaq. 
Komandamızın heyətində -90 kq çəki dərəcəsində Murad Fətiyev və Elcan Hacıyev mübarizə aparacaq. 
Yığmamızın digər üzvü Zelim Kotsoyev isə 100 kq çəkidə qüvvəsini sinayacaq. 
Qeyd edək ki, komandamızın heyətində hazırda iki medal var. Yığmamızın heyətində Balabəy Ağayev (-60 kq) gümüş, Hidayət Heydərov isə (-73 kq) qızıl medal qazanıb.