Tunis idmançıları WADA-nın qəzəbinə tuş gəldilər

Tunis idmançıları WADA-nın qəzəbinə tuş gəldilər

Ümumdünya Antidopinq Agentliyi (WADA) antidopinq qaydalarını pozduğuna görə Tunisə qarşı sanksiyalar tətbiq edib. Bu barədə “Le Monde” məlumat yayıb. Məlumatda bildirilir ki, Tunis artıq regional, qitə və dünya çempionatlarına ev sahibliyi edə bilməyəcək. WADA qərarını dəyişməyənə qədər Tunis bayrağının Olimpiya və Paralimpiya Oyunlarında dalğalanmasına icazə verilməyəcək.

Ölkənin 2023-cü ilin noyabrından etibarən Tunisin qanunvericilik bazası məcəlləsinə uyğun olaraq qanunvericilik və tənzimləyici dəyişiklikləri qəbul etmək üçün dörd ay vaxtı var idi. Lakin ölkə bu barədə lazımi addımlar atmadı. Daha doğrusu Tunis hüquqi sistemində Ümumdünya Antidopinq Məcəlləsinin 2021-ci il versiyasını tam tətbiq etməkdən boyun qaçırdı.