Voleybol millimiz Sloveniyaya yollanıb 

Voleybol millimiz Sloveniyaya yollanıb 

Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Xorvatiyada keçirilən ilk turun oyunlarından sonra Sloveniyaya qayıdıb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Mariborda bir neçə günlük məşqlərdən sonra komandamız  sabah İstanbula, mayın 22-də isə ikinci tura ev sahibiliyi edən Rumıniyaya yola düşəcək.

Qeyd edək ki, millimiz ikinci turda Rumıniya və İsveç komandaları ilə üz-üzə gələcək.