"Atalanta" leverkuzenlilərin məğlubiyyətsizlik seriyasını qıraraq Avropa Liqasının qalibi oldu

\"Atalanta\" leverkuzenlilərin məğlubiyyətsizlik seriyasını qıraraq Avropa Liqasının qalibi oldu

Olimpizm xəbərləri

23.05.2024, 01:30

Futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçirilib. İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da təşkil olunan oyunda Almaniyanın "Bayer" və İtaliyanın "Atalanta" klubları qarşılaşıb. 

Oyun İtaliya təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb -0:3. Oyunda qolları matçın 12, 26 və 76-cı dəqiqələrində fərqlənən Ademola Lokman vurub. "Atalanta" bu qələbə ilə Avropa Liqasının 2023/2024 mövsümünün qalibi adını qazanıb. 

"Berqamolular" bu qələbə ilə həmçinin leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR