Olimpiya çempionumuzun 55 yaşı tamam olur
Olimpizm xəbərləri
02.08.2024, 12:50
Bu gün Barselona-1992 Yay Olimpiya Oyunlarının qalibi, Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı Nazim Hüseynovun 55 yaşı tamam olur. Nazim Hüseynov 1969-cu il avqustun 2-də Bakı şəhərində anadan olub. Uşaq yaşlarından idmana maraq göstərən Nazim 10 yaşından cüdo bölməsinə yazılıb. O, bir neçə dəfə SSRİ birinciliyində çempion olmaqla yanaşı, mükafatçılar sırasında da yer alıb. Onun dünya arenasında ilk böyük qələbəsi 1991-ci ildə Budapeştdə keçirilən super dünya kubokuna təsadüf edir. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Nazim həmin ildə Barselonada keçirilən dünya çempionatında üçüncü yeri tutub. N.Hüseynov 1992-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən Avropa çempionatında isə qızıl medala layiq görülüb. Onun final görüşündə fransalı cüdoçuya qarşı işlətdiyi fənd dünyanın 101 ən baxımlı ipponları siyahısına düşüb. Cüdo əfsanəsi 1992-ci ildə Barselonada keçirilən 25-ci Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq adını Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazdırıb. 23 yaşında çempion olan Nazim Hüseynov öz ad günündə bayrağımızı qürurla dalğalandırıb. Olimpiya Oyunlarından sonra 1993-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa çempionatında birinci yeri tutan Nazim növbəti dəfə bu titula sahib çıxıb. Nazim Hüseynov idman sahəsində göstərdiyi uğurlara görə 1995-ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci il noyabrın 12-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif edilib. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür. Görkəmli idman xadimini 55 illik yubiley münasibətilə təbrik edir, cansağlığı və uzun ömür arzulayırıq!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK