Yığmamıza polşalı mütəxəssis başçılıq edəcək

Yığmamıza polşalı mütəxəssis başçılıq edəcək

Stolüstü tennis üzrə Azərbaycan yığmasına əcnəbi mütəxəssis cəlb olunub.
Komandamızın 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlaşmasına və həmin oyunlarda göstərəcəyi nəticələrə görə polşalı məşqçi Leşek Kuxarsk cavabdeh olacaq.
Məlumat üçün qeyd edək ki, polşalı mütəxəssis əvvəllər məşhur idmançı olub. Onun reytinq göstəricisi Avropada 4-cü, dünyada 11-cidir.
Leşek Kuxarski Azərbaycan yığmasında bu komandanın böyük məşqçisi Aleksandr Zudov ilə birgə çalışacaq.