Anım günündə şəhid Nadir Mikayılovun əziz xatirəsi yad edilib
Olimpizm xəbərləri
03.10.2024, 18:10
Sentyabrın 27-də İmişli rayonu Yuxarı Qaralar kəndində şəhid Arif Allahverdiyev adına tam orta məktəbdə Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Mərasimdə şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon icra hakimiyyətinin əməkdaşları, orta məktəbin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin kənd ağsaqqalları iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən şəhid Nadir Mikayılovun anası Sona xanım və atası Adil müəllim bütün şəhidlərə Allahdan rəhmət diləyərək, tədbirin təşkilatçılarına minnətdarlığını bildiriblər. İmişli rayonu Yuxarı Qaralar kənd şəhid Arif Allahverdiyev adına tam orta məktəbin hərbi rəhbəri Elmidar Əsgərov, İmişli Rayon İcra Hakimiyyətinin Ölcələr kənd ərazi dairəsi üzrə nümayəndəsi Əbülfət Əliyev, Ölcələr kənd hərbi rəhbəri, birinci və ikinci Qarabağ müharibəsi iştirakçısı, kapitan Nəsimi Əliquliyev, Qarabağ Əlillər Qayğı Cəmiyyətinin sədri Səməd Həsənov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İmişli rayon şöbəsinin sədri, birinci Qarabağ müharibəsi iştirakçısı Taleh Tapdıqov, şəhid ailələrinin üzvləri, müharibə veteranları və kənd ağsaqalları çıxış edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsinin daim yaddaşlarda qalacağını bildiriblər. Qeyd olunub ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə məhz qəhrəman əsgərlərimizin göstərdiyi şücaət nəticəsində torpaqlarımız işğaldan azad olunub. Bildirilib ki, bu gün Azərbaycan müasir, inkişaf etmiş, qarşıya qoyulan bütün hədəflərə nail olmağa qadir bir orduya malikdir. Tədbir çərçivəsində birinci Qarabağ şəhidi, Yuxarı Qaralar kənd sakini Mikayılov Nadir Adil oğlunun adına açılmış abidə-bulaq kompleksinin də açılışı olub.
Qeyd edək ki, şəhid Nadir Adil oğlu Mikayılov 1975-ci il mart ayının 25-də İmişli rayonunun Yuxarı Qaralar kəndində anadan olub. Orta məktəbdən sənədlərini texnikuma verən Nadir Mikayılov hələ əsgərlik yaşı tamam olmasa da texnikumda təhsilini yarımçıq dayandıraraq, könüllü olaraq Qarabağ uğrunda müharibəyə yollanıb. O, işğalçı düşmənlərə qarşı qəhrəmancasına döyüşərək, igidlik göstərmişdir. Ağdamın Gülablı kəndində, Füzulinin Qaraxanbəyli və Şükürbəyli kəndlərində ağır döyüşlərdə iştirak edərək, 1994-cü ildə fevralın 3-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət eləsin!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK