Latviyanın paytaxtı Riqa şəhərində stolüstü tennis üzrə “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinə start verilib.
Azəbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamız yarışda geniş heyətlə təmsil olunur. Baş məşqçi Fərhad İsmayılov, məşqçilər Mehman Səmədov, Rza Mirzəyev, Billurə Eminova və Məryəm İmanovanın rəhbərliyi ilə Latviyaya 16 idmançı yollanıb.
Tahir Qubadov, Toğrul Məhəmmədov, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova U-19, Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova, Mələk Əhmədzadə, Xədicə Eylazova U-15, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı U-13, Mehri Aslanzadə ilə Əliəkbər Mirzəliyev isə U-11 yaş kateqoriyasında mübarizə aparacaq.
Beynəlxalq turnirə oktyabrın 27-də yekun vurulacaq.