MOK-da Təhlükəsiz idman bölməsinin belçikalı məsləhətçisi ilə görüş olub
Olimpizm xəbərləri
25.10.2024, 16:26
Oktyabrın 23-25-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin məsləhətçisi xanım Tiene Vertommen ölkəmizdə səfərdə olub.
Belçikalı mütəxəssis səfər müddətinin sonuncu günündə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova və MOK-un baş katibi Azər Əliyevlə görüşüb.
Beynəlxalq Olimpiya Komitəsinin tələb və tövsiyələrinə uyğun olaraq “Təhlükəsiz idman” mövzusunda maarifləndirmə və təbliğat işləri ilə bağlı keçirilən tədbirdə MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov, idman idarəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev, MOK-un mətbuat katibi Murad Fərzəliyev və beynəlxalq proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmanov iştirak edib.
Qonağı salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Təhlükəsiz idman məsələsinin vacibliyini qeyd edib.
MOK rəsmisi son dövrlərdə idmanda təhlüksəsizlik məsələsinin ön plana çəkildiyini və Milli Olimpiya Komitəsi olaraq bu sahəyə diqqətlə yanaşdıqlarını bildirib.
“Təhlükəsiz idman məsələsində sizin təcrübə və fikirləriniz bizim üçün çox maraqlıdır. Sizin dəstəyinizlə bu sahəni Azərbaycanda daha da genişləndirmək istəyirik. Tövsiyələriniz əsasında bu sahədə fəaliyyətimizi daha da artıracağıq”, - deyə Çingiz Hüseynzadə bildirib.
Tiene Vertommen ölkəmizdə səfərdə olmasından məmnunluğunu, ilk günlərdən Bakıda yüksək qonaqpərvərliyin şahidi olduğunu qeyd edərək, “Təhlükəsiz idman” layihəsinin iştirakçıları haqqında xoş sözlər deyib.
“Bakıda olduğum müddətdə Milli Olimpiya Komitəsinin Təhlükəsiz idman məsələsinə necə ciddi yanaşdığının şahidi oldum. Ölkənizə gəlməzdən əvvəl hiss etdim ki, Milli Olimpiya Komitəsi Azərbaycanda Təhlükəsiz idmanın daha da təşəkkül tapması üçün bütün mövcud imkanlarından istifadə etməyə hazırdır. Burada keçirdiyim görüşlərdə də bunun bir daha şahidi oldum”, - deyə Tiene Vertommen bildirib.
Belçikalı mütəxəssis çıxışının sonunda Milli Olimpiya Komitəsinə Təhlükəsiz idman məsələsi ilə bağlı gələcəkdə AMADA, Azərbaycan İdman Akademiyası və UNICEF-lə daha yaxından birgə əməkdaşlıq etməyi tövsiyə edib.
MOK-un baş katibi Azər Əliyev ölkəmizdə idmanda təhlükəsizliyi əsas amillərdən biri kimi dəyərləndirərək, bu sahədə yüksək təcrübəli mütəxəssislərə daim ehtiyac olduğunu deyib.
“Paytaxtımızın qonağı olmağınız bizim üçün çox xoşdur. Görüş zamanı öz təcrübənizi yerli mütəxəssislərimizlə bölüşmüsünüz. Ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Bu da gənclərin sağlam cəmiyyətdə formalaşmasına zəmin yaradır. İdmanın sağlamlıqla yanaşı, həm də təhlükəli anları da var. Hesab edirəm ki, sizin bu təcrübələriniz yerli məşqçilərimizin fəaliyyətlərində böyük səmərə verəcək”, - deyə Azər Əliyev bildirib.
Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Olimpiya Komitəsinin Təhlükəsiz idman bölməsinin məsləhətçisi xanım Tiene Vertommenə MOK-un xüsusi hədiyyəsini təqdim edib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Tiene Vertommen Bakıdakı səfərinin ilk günündə “Təhlükəsiz idman” lahiyəsinin komandası ilə müzakirələr aparıb.
O, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə ilə görüşüb.
Səfərin ikinci günündə xanım Tiene Vertommen UNICEF nümayəndələri arasında təşkil olunan tədbirdə iştirak edib. Daha sonra Azərbaycan Gimnastika Federasiyası rəsmiləri və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev ilə bu mövzuda müzakirələr aparıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK