Tiene Vertommen: “Azərbaycanda təhlükəsiz idmana nə qədər ciddi yanaşıldığının şahidi oldum”
Olimpizm xəbərləri
25.10.2024, 16:53
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin məsləhətçisi xanım Tiene Vertommen ölkəmizdə səfərdə olub.
Belçikalı mütəxəssis üçgünlük səfər müddətində “Təhlükəsiz idman” layihəsinin komandası ilə müzakirələr aparıb.
O, paytaxtımıza səfəri çərçivəsində bir sıra yerli federasiyalarla, idman qurumları, o cümlədən UNICEF nümayəndələri ilə təşkil olunan görüşlərdə iştirak edib.
Xanım Tiene Vertommen səfərinin sonuncu günündə Milli Olimpiya Komitəsinin rəsmi saytı "Olympic.az" və “Olimpiya dünyası” qəzeti ilə səfər təəssüratlarını bölüşüb.
Təcrübəli mütəxəssis Milli Olimpiya Komitəsinin Təhlükəsiz idman məsələsinə ciddi yanaşdığının şahidi olduğunu qeyd edib.
“Burada olduğum müddətdə hiss etdim ki, Milli Olimpiya Komitəsi Azərbaycanda təhlükəsiz idmanın geniş təşəkkül tapması, bu anlayışın daha da geniş vüsət alması üçün bütün imkanlarından istifadə etməyə hazırdır. Milli Olimpiya Komitəsinin Təhlükəsiz idman məsələsində rolunu iki istiqamətdə görürəm. Birinci istiqamət olaraq Milli Olimpiya Komitəsi komitə daxilində və Olimpiya Hərəkatı çərçivəsində təhlükəsiz idmanın siyasət kimi formalaşmasını təmin edir. İkinci istiqamət isə komitənin yerli federasiyalara bu siyasətin formalaşmasında kömək etməsidir ki, onlar da gündəlik fəaliyyətlərində təhlükəsiz idman məsələlərinə riayət etsinlər. Mən həm Milli Olimpiya Komitəsinin əməkdaşları, həm də yerli federasiyaların nümayəndələri və məşqçilərlə görüşlər keçirmişəm. Azərbaycanda təhlükəsiz idmana nə qədər ciddi yanaşıldığının şahidi oldum. Federasiya nümayəndələrinin və məşqçiləri maraqlandıran suallar bunu deməyə əsas verir”, - deyə Tiene Vertommen deyib.
Belçikalı mütəxəssis uzun müddət Avropada da bu məsələyə etinasız yanaşıldığını qeyd edib. O, Azərbaycanda bu məsələnin hər federasiyada müxtəlif səviyyədə olduğunu bildirib.
“Azərbaycanda təhlükəsiz idman məsələsi federasiyalarda səviyyəsinə görə fərqlənir. Hansısa federasiyada bu ilkin səviyyədədirsə, elə federasiyalar da var ki, orada bu məsələ orta səviyyədədir. Təhlükəsiz idmanı təcrübədə tətbiq etmək də önəmlidir. Ona görə də Azərbaycanda bu istiqamətdə idmançılara qarşı olan zorakılıq, şiddət və digər halların qarşısının alınması ilə bağlı cavab tədbirləri görülməlidir. Biz bu məsələni həm rəhbərlik, həm də məşqçilərlə müzakirə etdik. Beynəlxalq federasiyaların bu istiqamətdə böyük təcrübəsi var. Azərbaycan da mövcud təcrübədən istifadə edə bilər. İstər Beynəlxalq Cüdo Federasiyası, Gimnastika Federasiyası, istərsə də Su İdman Növləri üzrə müəyyən təlimat qaydaları var ki, Azərbaycan bunlardan istifadə edə bilər. Beynəlxalq miqyasda müxtəlif şablonlar olsa da, onu Azərbaycan reallıqlarına uyğunlaşdırmaq lazımdır. Bu müsbət təcrübələri Azərbaycan reallıqlarına uyğunlaşdırılması da görüləcək işlər arasındadır. Mən təhlükəsiz idman məsələsi ilə bağlı Milli Olimpiya Komitəsinə gələcəkdə AMADA, Azərbaycan İdman Akademiyası və UNICEF ilə birgə əməkdaşlıq etməyi tövsiyə edərdim. Bu təşkilatla görüşlərdən yüksək təəssüratla ayrıldım. Hər üç təşkilatda bu işə böyük diqqət və həvəs var. Düşünürəm ki, onlarla bu sahədə əməkdaşlıq faydalı olacaq. Mən bu səfərlə bağlı icmal xarakterli hesabat da hazırlayacağam. Təbii ki, bu hesabatı Milli Olimpiya Komitəsi ilə də paylaşacağam”, - deyə təcrübəli mütəxəssis qeyd edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK