Sürətə meydan oxuyanlara verilən qeyri-adi mükafatlar - FOTO
Olimpizm xəbərləri
29.10.2024, 13:03
İki həftə əvvəl Formula 1 üzrə ABŞ Qran-Prisində qaliblər müəyyənləşmişdi. Ostin trasında keçirilən yarışda “Ferrari”nin pilotları Şarl Lekler və Karlos Sayns ilk iki yeri tutmuşdular. “Red Bull” təmsilçisi Maks Ferstappen üçüncü yerlə kifayətlənmişdi. Okeanın o tayında keçirilən yarışda mükafatçılara təqdim olunan kuboklar qeyri-adiliyi ilə diqqət çəkmişdi. “Pirelli” şirkətinin təqdim etdiyi kubokların dizaynı çoxlarını təəccübləndirmişdi. Bu mükafatlar ilk dəfə deyil ki, geniş auditoriyanın diqqətini özünə cəlb edir. Buna qədər Formula 1 yarışında mükafatçılara təqdim olunan kuboklar da geniş müzakirə obyektinə çevrilmişdi.
“Olimpiya dünyası” qəzeti indiyə qədər qeyri-adi görünüşə malik olan kuboklar barəsində yazını çoxsaylı oxucularına təqdim edir.
Formula 1 təqvimində yer alan müasir Avstraliya Qran-Prisinin kuboku nəhəng bir boşqab formasındadır. Yaşıl qitədə keçirilən yarış Melburndakı “Albert Park” trasında keçirilir. Melburndan əvvəl, 1980-ci illərin sonlarında Adelaidada keçirilən sürət mübarizəsindən tamamilə mükafatçılara fərqli kubok verilirdi. Həmin kubok pivə piyaləsi formasında idi. Formula 1-də sponsor kubokları uzun müddətdir ki, mövcuddur və burada heç bir qeyri-adi yanaşma hiss olunmur. Lakin sponsor kuboklarının dizaynı müzakirəsiz ötüşmür.
2001-ci ildə Braziliya və İspaniya Qran-Prisini dəstəkləyən tütün şirkətinin təşəbbüsü ilə qaliblərə sponsor loqotipləri olan F1 avtomobillərinin qızıl sükanı təqdim olunmuşdu. Həmin vaxt həmkarlarımız və azarkeşlər bu mükafatları varlı valideynlərin övladları üçün xüsusi hazırlatdığı qiymətli oyuncağa bənzətmişdilər.
Formula 1 mərhələsində Bəhreynin adı 2004-cü ildə təqvimə daxil edilib. İlk sınaqda təşkilatçılar bu mərhələnin qalibinə “Sahir Touver”in kiçik maketini özündə əks etdirən kuboku təqdim etmişdilər. Mükafat sanki “sızan vedrə”ni xatırladırdı. Lakin həmin vaxt podiumda qələbəsini qeyd edən əfsanəvi Mixael Şumaxer bu dizayna yəqin ki, əhəmiyyət verməmişdi.
2008-ci il mövsümünün finalı ilk növbədə dramatikliyi ilə yadda qalmışdı. Bu mübarizədə Felipe Massaya təqdim olunan qəribə kubok hələ də yeri düşəndə istehza ilə xatırlanır.
2009-cu ildə Barselonada qalib gələn pilotlara bir neçə dekorativ elementlə tamamlanan, ox şəklində piyalələr təqdim edilmişdi. Mükafat sözün əsl mənasında stenddəki çubuğa bənzəyirdi. Kubokun gizli mənası isə aydın deyildi.
2010-cu ildə Almaniya Qran-Prisində qaliblərə yarışın titul sponsoru “Santander Bank”ın loqosu yer alan kuboklar təqdim olunmuşdu. Bu barədə mövzu axtaran media nümayəndələri həmin kubokdakı loqonun həddindən artıq böyük olduğunu qələmə almışdılar.
2011-ci ildə Macarıstan Qran-Prisinin mükafatçılarına kubok əvəzinə öz quyruğundan od saçan altı ayaqlı it heykəlciyi təqdim olunmuşdu. Bunun Macarıstana heç bir aid olmadığı açıq-aşkar görünürdü. Həmin mükafatlar yarışın titul sponsoru olan İtaliyanın “Eni” şirkətinin loqosu əsasında hazırlanmışdı.
2014-cü ildə Silverstounda təşkilatçılar yarışın titul sponsorunun loqosunu özündə əks etdirən kuboklar hazırlamışdılar. Bunu podiumda Qran-Pri qalibi kəskin tənqid etmişdi. “Mənə bu plastik əşyanı verəndə özümü gülməkdən saxlaya bilməmişdim. Bu, Formula 1 kubokuna deyil, GP2 kubokuna bənzəyirdi”, - deyə Lyuis Hemilton açıqlama vermişdi.
2014-cü ildə Avstriya Qran-Prisi üçün metal və ağacdan qeyri-adi piyalələr hazırlanmışdı. Kubok üzərində həmin təsviri obyektə çevirmək asan deyildi. Amma bu mükafat muzey sərgisinə diqqət çəkən eksponat kimi xüsusi gözəllik bəxş edirdi. Həmin mükafat Formula 1 Qran Prisinin podiumunda bir az qəribə görünürdü.
2018-ci ildən 2022-ci ilə qədər Fransa Qran-Prisi Le Kastelledəki “Pol Rikar” trasında keçirilib. Həmin yarışlarda qaliblərə təqdim olunan kuboklarda Fransa bayrağının rənglərinə boyanmış, əllərində təkər tutan qorilla yer almışdı. İlk təqdimatda tamaşaçılar bu kuboku birmənalı qarşılamamışdılar. Lakin tədricən bununla barışmalı olmuşdular. Altı ildən sonra qorillalı kubokla birlikdə bu mərhələ yarışı tarixə qovuşmuşdu.
2018-ci il mövsümündə Almaniya Qran-Prisində qaliblərə təqdim olunan kubok fərqli formada dizayn edilmişdi. Kubokda trekin konturları və ya hətta sponsorun loqotipi nəzərdə tutulmamışdı. Sadəcə olaraq postamentdə yerləşdirilən “Birinci yer”, “İkinci yer”, “Üçüncü yer” və “Konstruktorlar” sözləri mükafata əlavə olunmuşdu.
ABŞ Qran-Prisi üçün kubokları “Pirelli” ilə birlikdə İtaliyanın müasir rəssamı Matteo Makiavelli hazırlamışdı. Onların planına görə, qulaqları olan dəbilqədəki heykəlcik yarış avtomobili ilə təkərlər arasındakı əlaqəni, həmçinin Formula 1-in misilsiz texnologiyasını özündə təcəssüm etdirir. Düzdür, nədənsə kubok oyuncaqları xatırladırdı.
Həmin ildə Belçika Qran-Prisinin qaliblərinə yeriyən adam heykəli formasında kuboklar təqdim edilmişdi. Kubokda spirtli içkilər istehsal edən yarışın baş sponsorunun loqosu yer almışdı. Formula 1 azarakeşləri və media nümayəndələri bu simvolu tənqid etmişdilər.
2023-cü ildə “Lenovo” “Pininfarina” ilə birlikdə qaliblər üçün öpüş piyalələri yaratmışdı. Belə ki, sürət mübarizəsinin yekununda podiuma çıxan pilotun dodaqlarına toxunduqdan sonra kubok müxtəlif rəngləri özündə əks etdirmişdi. Kubok bir növ qəribə simsiz dinamiki xatıradırdı. Bu mükafat iki dəfə - Yaponiya və ABŞ Qran-Prisində qaliblərə təqdim olunmuşdu.
Kubokun hansı dizaynda olmasına baxmayaraq, həmin mükafat qalibin çəkdiyi əziyyətin və əldə etdiyi nailiyyətin göstəricisidir.
Hazırladı:
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK