“Böyük Dəbilqə” səviyyəsində təşkil olunan Azərbaycan çempionatı unudulmaz anlarla yadda qaldı
Olimpizm xəbərləri
02.12.2024, 10:32
Ötən həftə sonu təşkil olunan cüdo üzrə Azərbaycan çempionatı gərgin və maraqlı mübarizə ilə yadda qaldı. Noyabrın 29-dan dekabrın 1-dək Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı, “Azman Holdinq” və “Azercell” şirkətinin dəstəyi ilə Bakı İdman Sarayında keçirilən budəfəki yarış yüksək təşkilatçılıq səviyyəsi baxımından Avropa çempionatı və “Böyük Dəbilqə” turnirlərindən heç də fərqlənmədi. Yarışların keçirildiyi üç gün ərzində arenadakı çoxsaylı azarkeş dəstəyi və tribunalarda boş yerlərin olmaması da bunun bir daha əyanı sübutu idi.
Ümumi mükafat fondunun 50 min manat təşkil etdiyi yarışda paytaxt və bölgələri təmsil edən 60 klubdan 324 (254 kişi, 70 qadın) cüdoçu medallar uğrunda mübarizə apardı. Turnirdə gənc idmançılarla yanaşı, yığma komandanın da əsas üzvləri qüvvələrini sınadılar. Çempionatda yadda qalan daha bir məqam isə Olimpiya mükafatçımız Elmar Qasımovun (-100 kq) iki illik fasilədən sonra yenidən idman karyerasını bərpa edərək, turnirdə iştirak etməsi oldu. 34 yaşlı idmançı arenalara qayıdışını çempionluqla qeyd etdi. Kişilərin mübarizəsində digər çəkilərdə Hüseyn Allahyarov (-60 kq, “Judo Club 2012”), Rəşad Yelkiyev (-66 kq, “Kanokan-TT”), Rəşid Məmmədəliyev (-73 kq, “Atilla”), Zelim Tçkayev (-81 kq, “Neftçi”), Murad Fətiyev (-90 kq, “Judo Club 2012”) və Uşanqi Kokauri (+100 kq, “Neftçi”) Azərbaycan çempionu adını qazandılar. Gərginliyi ilə kişilərin mübarizəsindən heç də geri qalmayan qadınların mübarizəsində isə Leyla Əliyeva (-48 kq, “Neftçi”), Xədicə Qədəşova (-52 kq, “Atilla”), Acelya Toprak (-57 kq, Azərbaycan Cüdo Federasiyası), Fidan Əlizadə (-63 kq, “Judo Club 2012”), Günel Həsənli (-70 kq, “Abşeron Xırdalan”), Nərmin Əmirli (-78 kq, “Umbayev Sport Klub”) və Nigar Süleymanova (+78 kq,”Neftçi”) bütün rəqiblərinə qalib gələrək, qızıl medallara layiq görüldü. Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 4 qızıl, 5 gümüş və 5 bürünc medalla”Neftçi” İdman Klubu birinci yerə sahib çıxdı. 3 qızıl, 2 gümüş və 5 bürünc medalla “Atilla” İdman Klubu ikinci, 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan “Judo Club 2012” isə üçüncü yerə layiq görüldü. Yarışda 18 komanda müxtəlif əyarlı medal qazandı. Turnirin sonuncu günündə isə Azərbaycan çempionatının komanda yarışları keçirildi. Yarışda qadınlar arasında 7 komanda, kişilər arasında isə 9 komanda kubok uğrunda mübarizə apardı. Qadınların yarışında -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəkilərdə, kişilərin mübarizəsində isə -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınadı. Yarışda komandalar uyğun olaraq qadınlar və kişilər arasında 2 fərqli qrupa bölündü. Hər qrup daxilində komandalar bir-biri ilə qarşılaşdı. Qrup mərhələsində əldə edilən nəticələrə əsasən, müəyyən yerləri tutan kollektivlər yarımfinal və təsəlli mərhələdə mübarizəni davam etdirdi. Qadınlar arasında bürünc medal uğrunda görüşlərdə “Neftçi” İdman Klubu (2) 3:0 hesabı ilə “Umbayev Sport Klub”a, “Judo Club 2012” 3:1 hesabı ilə “Azəri-Cüdo İdman Klubu”na qalib gəldi. Final görüşü “Neftçi” İdman Klubu (1) ilə Şuşa UGİM arasında keçirildi. “Neftçi” İdman Klubu (1) 3:1 hesabı ilə qalib gələrək, qadınlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazandı. Kişilər arasında bürünc medal uğrunda görüşlərdə “Neftçi İdman Klubu”nun 1-ci komandası 3:0 hesabı ilə klubunun 2-ci komandasına, “Kanokan” TT İdman Klubu isə 3:1 hesabı ilə “Sərhədçi” İdman Mərkəzinə qalib gəldi. Final görüşü “Judo Club 2012” ilə “Atilla” İdman Klubu arasında keçirildi. “Judo Club 2012” 3:2 hesabı ilə qalib gələrək kişilər arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazandı. Qalib komandalara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov, ACF-in vitse-prezidenti Elnur Məmmədli və icraçı vitse-prezidenti Rəşad Rəsullu təqdim etdi. Turnirin keçirildiyi günlərdə həmçinin yubileylərini qeyd edən cüdo mütəxəssisləri - Fərhad Rəcəbli, Mövlud Mirəliyev, Natiq Bağırov, Əli Dəvrişov, Ruzbeh Vəliyev, Faiq Ağayev və Sevda Qarayeva mükafatlandırılıdılar. Bundan başqa həmçinin “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərova Beynəlxalq Cüdo Federasiyası tərəfindən 6-cı dan, ağ-qırmızı kəmər və sertifikatı təqdim olundu. Yarışın sonuncu günündə isə federasiya rəhbərliyi tərəfindən bir neçə idmançıya dan sertifikatı, ölkəmizdə cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə isə “Azercell” və “Azman Holdinq” şirkətinə, habelə “Qədiroğlu” idman klubuna təşəkkürnamə verildi. Turnirin keçirildiyi günlərdə həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarının çempionları Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) azarkeşləri ilə görüşdü. Olimpiya çempionları imzalı şəkillərini sevənləri ilə bölüşərək, onlarla xatirə fotosu çəkdirdilər. Təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilən ölkə çempionatı Bakı İdman Sarayını əsil mübarizə meydanına çevirdi. Həmin arenaya toplaşanlar və bu yarışı izləyənlər hələ uzun müddət budəfəki Azərbaycan çempionatını xatırlayacaqlar.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK