"Judo Club 2012"nin cüdoçuları Azərbaycan çempionatını 7 medalla başa vurdular
Olimpizm xəbərləri
30.11.2024, 20:09
Qadınlar və kişilər arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarına noyabrın 30-da yekun vurulub.
Bakı İdman Sarayında təşkil olunan ikinci yarış günündə final görüşlərindən əvvəl yubileylərini qeyd edən cüdo mütəxəssisləri - Fərhad Rəcəbli, Mövlud Mirəliyev, Natiq Bağırov, Əli Dəvrişov, Ruzbek Vəliyev, Faiq Ağayev və Sevda Qarayeva mükafatlandırılıblar.
Ardınca mərasimdə Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova Beynəlxalq Cüdo Federasiyası tərəfindən 6-cı dan, ağ-qırmızı kəmər və sertifikatı təqdim olunub.
Qeyd edək ki, turnirin ikinci günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 112 cüdoçu medallar uğrunda mübarizə aparıb. "Judo Club 2012"nin idmançıları fərdi yarışların son günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Komandamıza qızıl medalı -90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev qazandırıb. Bu çəki dərəcəsində qüvvəsini sınayan Aslan Kotsoyev gümüş medala sahib çıxıb.
Klubun digər üzvlərindən Məhərrəm İmamverdiyev (-81 kq) və Məmmədrza Hacızadə (-90 kq) isə bürünc medallara layiq görülüb.
Xatırladaq ki, "Judo Club 2012" klubunun üzvləri yarışın ilk günündə 2 qızıl və 1 bürünc medal qazanmışdı. Klubun heyətində Hüseyn Allahyarov (-60 kq) və Fidan Əlizadə (-63kq) qızıl, Leyla Atayeva (-63 kq) isə bürünc medala sahib çıxmışdı.
Beləliklə, "Judo Club 2012" klubu Azərbaycan çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vuraraq ümumi komanda hesabında üçüncu yeri tutub.
Qeyd edək ki, "Azman Holdinq" və onun tərkibinə daxil olan "Mangal Steak House" restoranlar şəbəkəsinin də əsas sponsorlarından olan turnirin ümumi mükafat fondu bu il ilk dəfə olaraq 50 min manat təşkil edib.
Ölkə çempionatının fərdi yarışlarında paytaxt və bölgələri təmsil edən 60 klubdan 324 (254 kişi, 70 qadın) cüdoçu medallar uğrunda mübarizə aparıb.
Azərbaycan çempionatına sabahkomanda yarışları ilə yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK