Olimpiya kateqoriyalı hakim Hicran Şərifov karyerasını başa vurdu
Olimpizm xəbərləri
24.12.2024, 18:35
Bu gün "Şöhrət” ordenli, "Tərəqqi” medallı, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunan, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi, Əməkdar məşqçi Hicran Şərifov hakimlik karyerasını başa vurub. Olimpiya kateqoriyalı hakim Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatının ilk günündə azarkeşlərin və tələbələrinin alqış sədaları altında hakimliklə vidalaşıb. Tədbirdə Milli Olimpiya Komitəsi tərəfindən Hicran Şərifova onun idman sahəsindəki fəaliyyətini özündə əks etdirən məktub təqdim olunub. Ədalət təmsilçimiz hakimlik karyerasını başa vurması ilə bağlı təəssüratlarını olimpnews.az saytı ilə bölüşüb. "Güləş üzrə hakimlik karyeramda neçə illik əməyimi yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Hər zaman hakimlik edəndə düşünmüşəm ki, qərəzli ola bilmərəm. Çünki ilk növbədə Azərbaycanı təmsil etmişəm. Hər zaman bu fikirlərlə ədalətli olmağa çalışmışam. Buna görə də Dünya Güləş Birliyi tərəfindən London-2012 Yay Olimpiya Oyunlarında "Qızıl Fit" mükafatı ilə təltif olunmuşam. Bugünkü diqqət və qayğıya görə Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hakimlik karyeramı başa vursam da, bundan sonra da dövlətimizə və Azərbaycan güləşinin inkişafına xidmət edəcəyəm", - deyə Olimpiya kateqoriyalı hakimimiz bildirib. Hicran Şərifov bundan sonra da güləş idman növündə qalacağını qeyd edib. "Mən güləşlə yaşayıram. Bu gün ölkəmizdə rəhbəri olduğum "Cəngi" güləş klubu fəaliyyət göstərir. Məşqçi kimi də çalışıram ki, güləş idman növünün inkişafına öz töhfəmi verim. Bu gün həmçinin Azərbaycan İdman Akademiyasında idmanın təkmübarizlik idman növləri kafedrasını baş müəllimiyəm. Ali elmi dərəcəm var. Bir sözlə, bundan sonra da öz bilik və bacarığımı gənc nəsilə ötürməyə çalışacağam", - deyə Hicran Şərifov bildirib. Qeyd edək ki, Hicran Şərifov ədalət təmsilçisi kimi bu vaxta qədər 3 Yay Olimpiya Oyunlarında, Avropa və Hərbçilərin Olimpiya Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, bir çox ölkədaxili və beynəlxalq yarışlarda hakimlik edib. Onun idman sahəsində göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək səviyyədə qiymətləndirilib. Belə ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət” ordeni, "Tərəqqi” medalı, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” adı ilə təltif edilib. Milli Olimpiya Komitəsinin "Olimpiya” ordeni, "Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adını alan Hicran Şərifov London-2012 Yay Olimpiya Oyunlarında "Qızıl Fit” mükafatına layiq görülüb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK