Bu gün Azərbaycan çempionatında 1/8 finalın ilk oyunları keçiriləcək

Bu gün Azərbaycan çempionatında 1/8 finalın ilk oyunları keçiriləcək

Olimpizm xəbərləri

04.02.2025, 14:10

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk oyunları keçiriləcək.

Azərbaycan Şahmat Federasiiyasının mətbuat xidmətindən verilən məlumata görə, reytinqə əsasən yüksək əmsala malik bəzi aparıcı qrossmeysterlər yarışa məhz bu mərhələdən qoşulacaqlar.

1/8 final, ilk oyunlar

Kişilər

Fərid Abbasov – Şəhriyar Məmmədyarov Teymur Rəcəbov – Namiq Quliyev Məhəmməd Muradlı – Nicat Məmmədov Vüqar Rəsulov – Rauf Məmmədov Vasif Durarbəyli – Əhməd Əhmədzadə Vüqar Əsədli – Eltac Səfərli Misrətdin İsgəndərov – Nicat Abasov Aydın Süleymanlı – Riad Səmədov

Qadınlar

Lalə Hüseynova – Günay Məmmədzadə Gövhər Beydullayeva – Səbinə Rzalı Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva Xanım Balacayeva – Ləman Hacıyeva Mələk İsmayıl – Gülnar Məmmədova Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova Nərmin Kazımova – Türkan Məmmədyarova Nərmin Abdinova – Səbinə İbrahimova

Qeyd edək ki, ilk dəfə çempionatda ölkədəki bütün aktiv şahmatçılar iştirak edir. Olimpiya sistemi ilə keçirilən yarışda şahmatçılar bir-biri ilə həm ağ, həm qara fiqurlarla mübarizə aparır. İki oyundan sonra bərabərlik qeydə alınacağı təqdirdə tay-brek oynanılır. Yarışı daha maraqlı etmək üçün tay-brek olmadan mərhələ adlayan şahmatçı yekunda bonus pul mükafatı qazanır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR