Dubrovnikdə keçirilən Avropa Kubokunun ilk günündə iki medal

Dubrovnikdə keçirilən Avropa Kubokunun ilk günündə iki medal

Olimpizm xəbərləri

06.04.2025, 00:30

Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kuboku turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan cüdoçuları uğurlu nəticə əldə ediblər.

Kişilər arasında -73 kq çəki dərəcəsində Kamran Süleymanov və qadınların yarışında -78 kq çəkidə çıxış edən Nərmin Əmirli bürünc medal qazanıblar. 

Qeyd edək ki, nüfuzlu turnirdə 39 ölkədən 413 idmançı medallar uğrunda mübarizə aparır.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR