Ərəblər "Barselona"ya hücum planlaşdırır

Ərəblər \"Barselona\"ya hücum planlaşdırır

Olimpizm xəbərləri

23.04.2025, 13:22

"Barselona"nın 4 futbolçusu bu yay Səudiyyə Ərəbistanına keçə bilər. Sport.es-in məlumatına görə, Kataloniya komandasının bu mövsüm göstərdiyi nəticələr Səudiyyə Ərəbistanı klublarının diqqətini çəkib. 

Belə ki, Kristianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu müdafiə xəttini Ronald Arauxo və Jül Kunde ilə gücləndirmək istəyir. “Əl-Hilal”  braziliyalı Rafinya, “Əl-İttihad” isə mərkəz yarımmüdafiəçisi Frenkie de Yonq üçün hərəkətə keçib.

Xatırladaq ki, "Barselona" İspaniya kubokunun finalına, Çempionlar Liqasının yarımfinalına yüksəlib və La Liqada liderdir. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR