Avropa çempionatı: Cüdo millimiz qarışıq komanda yarışlarında mübarizəyə başlayır

Avropa çempionatı: Cüdo millimiz qarışıq komanda yarışlarında mübarizəyə başlayır

Olimpizm xəbərləri

27.04.2025, 11:32

Bu gün Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışlarına start veriləcək.  Olimpnews.az xəbər verir ki, millimiz ilk görüşünü 1/8 final mərhələsi çərçivəsində Gürcüstan yığmasına qarşı keçirəcək. Komandamızın heyətində Çıxan Əlizadə (-57 kq), Günel Həsənli (-70 kq), Südabə Ağayeva (-70 kq), Nigar Süleymanova (+78 kq), Ruslan Paşayev (-66 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq), Zelim Kotsoyev (-100 kq) və Usangi Kokauri (+100 kq) yer alıb.  İlk görüşlərə saat 12:30-da, final blokuna isə 18:00-da start veriləcək.  Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün başa çatan qitə çempionatının fərdi yarışlarını 1 gümüş və 4 bürünc medalla başa vurublar. Komandamızın heyətində Zelim Kotsoyev (-100 kq) gümüş, Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) isə bürünc medala sahib çıxıblar. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR